Bakıda yaşadığımız vaxt dərmanlar, vitaminlərin keyfiyyəti haqqında narahat olurduq və yaxın çevrə ilə Almaniyadan dərman və vitaminləri xahiş edirdik. Hazırda özümüz Almaniyada yaşadığımızdan artıq bu qayğımız yoxdu və dostlar üçün göndərirdik. Bir müddətdən sonra bir neçə sifarişi eyni zamanda göndərdiyimiz zaman çatdırılma xərclərinə qənaət edə bildiyimizi gördük və instagram səhifəsi ilə bu ideyanı gerçəkləşdirməyə başladıq. Daha sonra işləri asanlaşdırmaq və avtomatlaşdırmaq, həmçinin sual-cavabları və istəkləri daha sistemli şəkildə cavablandırmaq və gerçəkləşdirmək adını bu saytı reallaşdırdıq. Bununla həm də, alıcını həm sifariş barədə, həm də yeniliklərdən xəbərdar tutmağı, axtarışı, kataloqa baxış atmağı, məhsulları müqayisəni asanlaşdırmağı hədəfləməkdəyik.

Shopping cart

0

No products in the cart.